Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Serbiyanın Şengen zonasında Kosovo vətəndaşlarına verdiyi Serbiya pasportları üçün viza rejiminin liberallaşdırılması ilə bağlı qaydanı qəbul edib.
SİA-nın əldə etdiyi məlumata görə, Belçikanın paytaxtı Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısında Serbiyanın Kosovo vətəndaşlarına və Şengen bölgəsinə verdiyi Serbiya pasportları üçün viza liberallaşdırılması ilə bağlı tənzimləmə qəbul olunub.
Qaydaya əsasən, Serbiya pasportu sahibləri Şengen bölgəsinə 180 günlük müddət ərzində 90 günə qədər viza tələb etmədən səyahət edə biləcəklər.
Serbiyanın xarici işlər naziri Marko Djuric sosial media hesabındakı paylaşımında bu qərarı alqışlayıb və bildirib ki, “Bu Kosovodakı serblərin insan haqları üçün kiçik, lakin mühüm qələbədir".
Qeyd edək ki, Kosovonu müstəqil dövlət kimi tanımayan Serbiya Kosovodakı vətəndaşlarına Serbiya pasportu verir. Kosovo səlahiyyətliləri isə qanunsuz adlandırdıqları pasportları suverenliklərini pozduqları üçün qəbuledilməz adlandırırlar.
Digər tərəfdən, Kosovo pasportuna malik Kosovo vətəndaşları da 2025-ci ilin 1 yanvarından etibarən Şengen bölgəsinə vizasız gedə bilirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə