Milonov bu dəfə də “yeni təşəbbüs”lə çıxış edib...

O, xoşbəxt subay kişilər haqqında filmləri qadağan etməyə çağırıb

...Bu arada Dövlət Dumasının deputatı Vitali Milonov filmlərdə və seriallarda 40 yaşdan yuxarı subay, övladı olmayan kişinin müsbət obrazının göstərilməsini dayandırmağı təklif edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə bazar ertəsi, iyulun 23-də Life.ru yazıb.

...Digər tərəfdən, biz başa düşməliyik ki, 40 yaşında nə övladı, nə də arvadı olmayan tənha kişi obrazını qadağan etmək lazımdır. Bizdə davamlı olaraq seriallarda belə obrazlar olur. Bu necə adamdır? Əgər 40-44 yaşlı kişinin nə arvadı, nə də övladı varsa, onun üçün ciddi sual yaranır və bu sual bu insan üçün çox xoşagəlməz ola bilər.

Milonov nəşrlə söhbətində izah edib.

Deputat əlavə edib ki, arvad-uşağı olan kişiləri televiziyada doğrudan da xoşbəxt göstərmək lazımdır.

Gərək ki, yazdınızda olar, bu rus deputat bundan əvvəl Rusiyada türk seriallarına qadağa qoyulmasının vacibliyini bildirmişdi. Onun sözlərinə görə, Türkiyədən çəkilən filmlər “tamamilə zibildir”. O, belə serialların reallığa uyğun gəlməyən həyatı göstərməsi fikrini də bildirib. Milonov həmçinin seriallardakı türk kişi obrazını türk ləzzəti ilə müqayisə etmişdi,..guya dadsız və çox şirin.

Gərək ki, onu belə deyirlər də...pişiyin ağzı ətə çatmayanda deyər iy verir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə