...Çin Rusiyanı uzun məsafəli C929 təyyarəsinin istehsalı layihəsindən kənarlaşdırıb. BBC yazır ki, əvvəlcə bu, Rusiya və Çin təyyarə istehsal edən şirkətlərin birgə layihəsi idi.
Çinin COMAC təyyarə istehsalı korporasiyasının Farnboro Beynəlxalq Aviasiya Sərgisindəki stendində təyyarənin maketi təqdim olunur, lakin layihənin təsvirində Rusiyanın adı çəkilmir.
Anonimlik şərti ilə danışan Çin şirkətinin nümayəndəsi BBC-yə Çinin hazırda layihə üzərində müstəqil şəkildə işlədiyini təsdiqləyib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, uzun mənzilli təyyarə layihəsi CR929 adlanırdı. Əvvəllər Rusiyanın sanksiya tətbiq etdiyi Rostec iddia edirdi ki, addakı “C” Çin, “R” isə Rusiya deməkdir.
İndi təyyarənin adındakı "R" hərfi itib.
BBC-nin şirkətdəki həmsöhbəti Rusiyanın layihədən çıxmasının səbəblərini və vaxtını açıqlamayıb.
Qeyd edək ki, Çin və Rusiya Federasiyası CR929-u 2014-cü ildə birgə istehsal etmək barədə razılığa gəlmişdilər. Layihənin dəyəri 50 milyard dollar qiymətləndirilirdi; o, iki ölkənin aviasiya sənayesində ən böyük layihəyə çevrilməli idi. Yeni təyyarənin Airbus və Boeing təyyarələri ilə rəqabət aparacağı güman edilirdi.
Təyyarənin hazırlanmasına 2017-ci ildə başlanılıb və 2025-ci ildə başa çatdırılması və 2028-ci ildə istifadəyə verilməsi planlaşdırılırdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB