“Koreya Hava Yolları” (Korean Air) 40 ədəd “Boeing” təyyarəsi sifariş verib. SİA xəbər verir ki, Böyük Britaniyanın Hampşir qraflığının Farnboro şəhərində keçirilən aviasalonda şirkət 20 ədəd uzaqməsafəli 777-9 və 20 ədəd “Dreamliner 787-10” sifariş verib. Ümumi dəyəri 15 milyard dollar olan müqavilənin fakültativ hissəsində isə daha 10 ədəd Boeing 787 hava gəmisinin alışı nəzərdə tutulub.
Sifariş verilən ilk təyyarənin Seula 2028-ci ildə çatdırılması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB