İsrail Xan Yunisə zərbə endirdi - 70 ölü, 200 yaralı

İsrail Xan Yunisə zərbə endirdi - 70 ölü, 200 yaralı

İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsinin şərqindəki bəzi ərazilərə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 70-ə çatıb, 200-dən çox yaralı var. SİA xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi öz Telegram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, ağır yaralananlar da daxil olmaqla, zərərçəkənlər "Naser" tibb kompleksinə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə