Çexiya da Ukrayna üçün “dron koalisiyasına” qoşuldu

Beynəlxalq koalisiyanın iştirakçılarının sayı 16-ya yüksəlib...

Ukraynanı pilotsuz təyyarələrlə təmin edən beynəlxalq koalisiya iştirakçılarının sayı 16-ya çatıb – Çexiya da ona qoşulub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Latviya Müdafiə Nazirliyi bildirib.

Çexiya iyulun 11-də Vaşinqtonda NATO sammiti zamanı nümayəndə heyətinin anlaşma memorandumu imzalamasından sonra “dron koalisiyasına” qoşulub. Bildiyiniz kimi, bu koalisiyaya Latviya və Böyük Britaniya rəhbərlik edir.

...Ukraynaya Rusiyanın işğalı ilə mübarizədə kömək edən dron koalisiyasında Çexiyanı salamlamaqdan çox məmnunam. Hər bir koalisiya üzvü olan dövlət Ukraynanın səylərinə mühüm töhfə verə bilər, həmçinin onun milli sənayesinin inkişafına dəstək verə bilər.

Bunu Latviyanın müdafiə naziri Andrius Spruds bildirib. ...Bazar ertəsi, iyulun 22-də məlum oldu ki, Latviya Ukraynaya “dron koalisiyası” çərçivəsində 500-dən çox drondan ibarət yeni partiya göndərib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə