Bayden istefa verməkdən imtina etdi...

ABŞ prezidenti bəyanatla çıxış edib...

...Deməli, artıq iki gün əvvəl ikinci müddətə yenidən seçilmək cəhdindən əl çəkərək, seçki yarışından geri çəkilməyə qərar verən ABŞ prezidenti Cozef Bayden prezident vəzifəsini davam etdirəcəyini bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bununla bağlı əyanat onun X sosial şəbəkəsindəki səhifəsində dərc olunub.

Respublikaçılar partiyası daha əvvəl bildirmişdi ki, Bayden seçkilərdə iştirak etməmək qərarına gəldikdən sonra istefa verməlidir.

Nümayəndələr Palatasının spikeri Mayk Conson və Ohayo ştatından olan senator, Donald Trampın vitse-prezidentliyə namizədi J.D.Vens də bunu bildirmişdilər.

Qeyd edək ki, erkən istefa daha əvvəl Ağ Evin mətbuat xidməti tərəfindən rədd edilmişdi.

...Biz Amerika Birləşmiş Ştatlarıyıq və birlikdə işləsək, mümkünsüz heç nə yoxdur. Sadəcə kim olduğumuzu xatırlamalıyıq. Mən prezidentliyimi bunu sübut etməyə həsr etmişəm və sizin prezident olmaq şərəfinə nail olduğum üçün bu gün, sabah və hər gün bunu etməyə davam edəcəyəm.

Bunu Bayden bildirib.

Onu da qeyd edək ki, Bayden iyulun 21-də prezidentlik yarışından geri çəkildiyini elan edərək, bunu partiyasının və ölkənin maraqları naminə etdiyini açıqlayıb. Dövlət başçısının elanından əvvəl siyasətçinin yaşı (Bayden 81-dir) səbəbindən onun demokrat namizəd kimi dəyişdirilməsi ilə bağlı həftələrlə müzakirələr, səhhətindəki problemlərlə bağlı şübhələr və eks-prezident, Respublikaçı namizəd Donald Tramp ilə fəlakətli debat olub.

...Və vitse-prezident Kamala Harris indi Demokratlar Partiyasından prezidentliyə namizəd olmalıdır (qərar 19-22 avqust tarixlərində qurultayda veriləcək), o, artıq Demokratların praymerizlərində qalib gələn Baydenin özü tərəfindən də dəstəklənib. Dövlət başçısının yarışdan çıxmaq qərarından sonra ilk çıxışında siyasətçi Baydenin son üç ildə əldə etdiyi nailiyyətlərin “müasir tarixdə tayı-bərabəri olmadığını” söyləyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə