Polşa-Belarus münasibətlərinin normallaşmasının şərtlərindən biri mayın sonunda iki ölkə sərhədində Polşa ordusunun əsgərini ölümcül bıçaqlayan qanunsuz miqrantın Minsk tərəfindən ekstradisiya edilməsi olacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “Radio Zet” radiostansiyasının efirində respublikanın xarici işlər nazirinin müavini Anjey Şeyna deyib.
…Bunsuz, yəni miqrantı Polşa hakimiyyətinə təhvil vermədən münasibətlərin normallaşması mümkün olmayacaq.
Bunu da polyak diplomat bildirib.
O əlavə edib ki, Varşava Minskə təzyiq göstərmək üçün alətlərə malikdir, o cümlədən Belarus malları üçün sərhədi bağlamaq və Avropa İttifaqı sanksiyalarını genişləndirmək imkanı var.
Xatırladaq ki, Polşa-Belarus sərhədində hərbçiyə hücumla bağlı insident mayın 28-də səhər saatlarında baş verib. Komandanlığa əsasən, qanunsuz miqrant əsgəri bıçaqlayıb. İyunun 6-da əsgər Varşavada Hərbi Tibb İnstitutunda aldığı yaralardan dünyasını dəyişib.
Həmin gün Polşa Xarici İşlər Nazirliyi Belarusun müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edib. Orada Polşa hakimiyyəti Belarus rəhbərliyindən şəxsiyyəti müəyyənləşdirməyi və qanunsuz mühacirin Varşavaya təhvil verilməsini tələb edib.
İyulun 20-də RMF FM radiostansiyası respublikanın xüsusi xidmət orqanlarının hərbçinin qətlində şübhəli bilinən şəxsi müəyyənləşdirdiyini bildirib. Onun məlumatına görə, müstəntiqlər onun Yaxın Şərqdən olduğunu müəyyən ediblər. Polşa kəşfiyyat xidmətləri şübhəlinin hələ də Belarusda olduğuna inanır, lakin onun tezliklə oradan Suriyaya gedə biləcəyinə də şübhə etmirlər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB