…Estoniyanın baş nazirliyinə namizəd Kristen Mixal rusların və belarusların Estoniya seçkilərində səsvermə hüququndan məhrum edilməsinin tərəfdarı olduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Postimees yazır.
O, hökumətdəki sosial demokratların bu qərara mane olduğunu vurğulayıb.
...Hökumətdə sosial demokratlar qalmayan kimi, səsvermə hüququ məsələsi həll edilə bilər.
Bunu Mixal deyib.
Bundan bir qədər əvvəl Estoniya Maliyyə Nazirliyi hökumətin qətnaməsinə Rusiya ilə sərhəddə əlavə məhdudiyyətlərin tətbiqini nəzərdə tutan düzəlişləri müzakirəyə təqdim edib.
Bundan əvvəl isə Estoniya Xarici İşlər Nazirliyi Rusiyaya çayda gəmiçilik marşrutlarını qeyd edən şamandıraların yerləşməsi ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün Narva çayının dibinin birgə ölçülməsini təklif etmişdi.
...Və bütün bunlardan əvvəl Estoniyanın “ağır” müdafiə vergisi tətbiq edəcəyi bildirilmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə