Demokratik Partiyanın 50 əyalət liderinin hamısı Kamala Harrisi partiyanın yeni prezidentliyə namizədi kimi dəstəkləyib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu cür dəstək siqnalı partiya liderlərinin hazırkı vitse-prezidentin ətrafında birləşməyə çalışdığına son işarədir.
ABŞ prezidenti Cozef Baydenin dəstəyinə baxmayaraq, onun rəsmi namizəd olub-olmayacağı və partiyanın alternativ seçmək üçün hansı prosesdən istifadə edəcəyi hələlik məlum deyil.
Bunu da CNN yazır.
…Bundan əvvəl Associated Press xəbər vermişdi ki, amerikalılar Harrisin seçki kampaniyası üçün artıq 47 milyon dollara yaxın kiçik ianə toplayıblar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB