ABŞ ordusu Qırmızı dənizdə husilərin 4 pilotsuz gəmisini məhv edib

ABŞ ordusu Qırmızı dənizdə husilərin 4 pilotsuz gəmisini məhv edib

ABŞ ordusu Qırmızı dənizdə Yəmənin şimalında hakim olan “Ənsar Allah” hərəkatının (husilər) dörd pilotsuz gəmisini məhv edib. SİA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı X sosial şəbəkəsində bildirib.

"Son 24 saat ərzində ABŞ hərbçiləri Qırmızı dənizdə husilərə məxsus 4 pilotsuz gəmini uğurla məhv edib”, - komandanlığın bəyanatında deyilir.

Qeyd olunub ki, Amerika hərbçiləri gəmiləri ABŞ və koalisiya qüvvələri, eləcə də regiondakı ticarət gəmiləri üçün birbaşa təhdid hesab edib.

Bütün xəbərlər Facebook səhifəmizdə