İraqın Milli Müdafiə Nazirliyi ölkənin şimalında 1, Suriyanın şimalında isə 3 PKK terrorçusu olmaqla ümumilikdə 4 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Nazirliyin sosial media hesabında paylaşım edilib.
Paylaşımda bildirilib: "Əsgərlərimiz terrorçuları xəndəklərdə basdırmağa davam edir. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Hakurk bölgəsində 1, Suriyanın şimalında isə Fərat Qalxanı bölgəsində şəxsiyyəti müəyyən edilən 3 PKK/YPG terrorçusunu zərərsizləşdirib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB