ABŞ-da atışma olub, 4 nəfər ölüb

ABŞ-da atışma olub, 4 nəfər ölüb

ABŞ-ın Filadelfiya şəhərində 4 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən atışma olub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, hadisə gecə saatlarında 100-dən çox adamın qatıldığı məclisdə baş verib.

Filadelfiya polisinin açıqlamasına əsasən, atışmada bir neçə silahlı şəxs iştirak edib. Silahlı şəxslərin kimliyi hələlik müəyyən edilməyib.

Atışmanın səbəbi barədə də məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə