...Amerika dövlətinin hazırkı rəhbəri Cozef Bayden prezidentlik uğrunda mübarizədə iştirak edə bilməyəcəksə, o zaman istefa verməlidir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib.
…Əgər Bayden prezidentliyə namizəd olmağa yaraşmırsa, deməli o, prezident kimi xidmət etməyə də yaraşmır.
Bu da Consonun sözləridir.
Maraqlıdır ki, respublikaçı Conson prezident seçkilərində Baydenin vitse-prezident Kamala Harris tərəfindən dəyişdiriləcəyi təqdirdə ABŞ Demokratlar Partiyasının perspektivlərinin yaxşılaşacağına inanmır.
O, Harrisin Bayden administrasiyasının fəlakətli siyasət uğursuzluqlarının həmmüəllifi olduğunu söyləyib.
Conson, həmçinin Harrisi Baydenin prezidentlik vəzifələrini yerinə yetirə bilmədiyini bilməkdə ittiham edib. O, Harrisin ölkə tarixindəki ən böyük siyasi ört-basdırda sevinc ortağı olduğunu söyləyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB