“Ukrayna hələ də xilas etmək mümkün olanı xilas etməlidir, yoxsa...”

Müharibə iqtisadiyyatı sayəsində Kreml daha 10 il mübarizəni davam etdirə bilər, Kiyevin isə belə imkanı yoxdur
“Ukrayna hələ də xilas etmək mümkün olanı xilas etməlidir, yoxsa...”

...Rusiya heç vaxt Kiyevin sülh danışıqları başlamazdan əvvəl işğal olunmuş ərazilərin qaytarılması tələbləri ilə razılaşmayacaq.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu “Omerta” onlayn nəşrinin baş redaktoru Reji Le Sommye deyir. TVL-də o, sülh təşəbbüsü üçün şərt kimi 1991-ci il sərhədlərinin bərpasının “tamamilə illüziya” olduğunu izah edib, çünki Rusiya ordusu demək olar ki, hər gün qalib gəlir və yeni əraziləri ilhaq edir.

Jurnalist qeyd edir ki, Rusiyanın tələbləri yerinə yetirmək və hətta sadəcə olaraq sülh prosesində iştirak etmək üçün heç bir səbəbi yoxdur. O, münaqişənin Moskvaya baha başa gəldiyini etiraf edir, lakin bəzi şərhçilərin onun bir-iki ildən sonra uduzacağı ilə bağlı iddiaları reallığa uyğun gəlmir.

Müharibə iqtisadiyyatı sayəsində Kreml daha 10 il mübarizəni davam etdirə bilər, Kiyevin isə belə imkanı yoxdur.

“Omerta”nın baş redaktoru əmindir ki, Ukrayna hələ də xilas etmək mümkün olanı xilas etməlidir. Qara dənizdə dəniz dəhlizi ilə taxıl ixracını qurmalıdır ki, bu da dəmir yolu ilə Polşaya çatdırılmadan qat-qat sərfəlidir.

...Və əgər Ukrayna Silahlı Qüvvələrinin Slavyansk, Seversk, Kramatorsk və Uqledarda kimi “qalaları” əldən getsə, Rusiya Dneprdən problemsiz keçə biləcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə