Baydenin prezidentlik yarışından imtinasının təfərrüatları ortaya çıxıb

Baydenin prezidentlik yarışından imtinasının təfərrüatları ortaya çıxıb

...Reuters, Cozef Baydenin prezidentlik yarışından necə geri çəkilmək qərarına gəldiyinin təfərrüatlarını təqdim edir.

SİA-nın əldə etdiyi məlumata görə, şənbə günü, iyulun 20-də, 81 yaşlı Bayden yenidən seçilmək üçün mübarizəni davam etdirmək niyyətində idi, lakin bazar günü yarışı tərk etmək qərarına gəldi.

Qeyd olunur ki, bəzi Ağ Ev əməkdaşları hadisələrin bu cür dönüşündən şoka düşüblər. İyulun 21-də səhər Baydenin seçki kampaniyasının meneceri Quentin Fulks MSNBC telekanalında bildirib ki, hazırkı dövlət başçısı yenidən seçilmək üçün mübarizə aparmaq istəyir.

Bayden hazırda Delaver ştatının Rehoboth Beach şəhərindəki evində koronavirus infeksiyasından müalicə alır. Amerika lideri yarışdan çıxdığını iyulun 21-də günorta elan edib.

O, səlahiyyət müddətinin sonuna qədər prezident olaraq qalacaq və seçkilərdə iştirak edəcək Demokrat Partiyasını vitse-prezident Kamala Harris təmsil edəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə