Bayden Kamala Harrisi prezidentliyə namizəd kimi dəstəkləyib

Bayden Kamala Harrisi prezidentliyə namizəd kimi dəstəkləyib

ABŞ-ın hazırkı prezidenti Cozef Bayden ölkənin vitse-prezidentinin Ağ Ev rəhbəri vəzifəsinə namizəd kimi irəli sürülməsi ideyasını dəstəkləyib.

SİA xəbər verir ki, o, bu barədə bazar günü, iyulun 21-də məlumat verib.

Xatırladaq ki, Bayden artıq prezidentlik yarışından geri çəkildiyini açıqlayıb. Onun ünvanı olan sənəd Ağ Evin rəsmi saytında dərc edilib. Buna baxmayaraq, ABŞ-ın hazırkı rəhbəri səlahiyyət müddətinin sonuna qədər prezident kimi qalacağını qeyd edib.

Bundan əlavə, Bayden bu həftə qərarı barədə daha ətraflı danışacağını vəd edib. İyunun 28-də Donald Tramp və Cozef Bayden arasında debat olub.

Görüş Atlantada baş tutub və CNN telekanalında yayımlanıb. Debatdan əvvəl ABŞ-ın hazırkı prezidenti və respublikaçı namizəd əl sıxmaqdan çəkiniblər.

Həmin gün ABŞ Demokratik Partiyası debatda uğursuzluğa düçar olduğu üçün prezident Cozef Baydenin başqa namizədlə əvəzlənməsini aktiv şəkildə müzakirə etməyə başlayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə