Qaz kəmərində sızma partlayışa səbəb olub...

Qaz kəmərində sızma partlayışa səbəb olub...

Omskda qaz kəmərindən qaz sızması nəticəsində partlayış və yanğın baş verib, nəticədə 5 ev yanıb, bir sakin ölüb.

Faktla bağlı cinayət işi açılıb.

SİA xəbər verir ki, bu barədə regional İstintaq Komitəsi məlumat yayıb.

Yanğın iyulun 20-də saat 16:00 radələrində Omsk şəhərinin 19-cu xətt və 20-ci xətt küçələrində yerləşən fərdi yaşayış massivində baş verib.

İstintaqın məlumatına görə, yanğın yeraltı qaz kəmərindən qaz sızması səbəbindən baş verib.

Sakinlər sızıntını hiss edib qaz xidmətinin əməkdaşlarını çağırsalar da, partlayışın qarşısını almaq mümkün olmayıb. Nəticədə qonşu ev yanıb, evin 59 yaşlı sahibi dünyasını dəyişib.

Deyilənə görə, həmən gün o evdə tək olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə