Sevastopolda raket təhlükəsi elan edilib

Sevastopolda raket təhlükəsi elan edilib

Sevastopol qubernatoru Mixail Razvojayev şəhər sakinlərinə raket təhlükəsi barədə xəbərdarlıq edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə rayon rəhbəri özünün Telegram kanalında yazıb.

...Hər kəsin diqqətinə! Balistika! Təcili olaraq təhlükəsizlik tədbirləri görsün!..

Dörd dəqiqədən sonra qubernatorun Telegram kanalında raket təhlükəsinin ləğvi ilə bağlı mesaj peyda olub.

Həmin gün səhər saatlarında Belqorod, Belqorod vilayəti, Şebekino və Şebekinski rayonunda raket təhlükəsi elan edilib. Bu qəsəbələrin sakinləri “raket təhlükəsi” siqnalını almamışdan əvvəl zirzəmilərə enməyə çağırılıb.

Bundan əvvəl Rusiyanın hava hücumundan müdafiə sistemləri bir gecədə Kursk vilayəti üzərində yeddi, Belqorod vilayətində isə bir Ukrayna pilotsuz təyyarəsini vurub. Ukrayna hərbçiləri təyyarə tipli pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək terror aktları həyata keçirməyə cəhd ediblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə