...Daşkənddən Moskvaya uçan təyyarə nasazlıq səbəbindən qəfil istiqamətini dəyişib və geri qayıdıb.
SİA RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Özbəkistan paytaxtının hava limanından məlumat verilib. ...Söhbət “Özbekistan Hava Yolları”nın “Boeing-787” təyyarəsindən gedir. Agentliyin həmsöhbətləri qeyd ediblər ki, ekipaj uçuş zamanı təyyarədə texniki nasazlıq aşkarlayıb. Mənbələrin məlumatına görə, təyyarə həmişə olduğu kimi saat 20:00-da (Moskva vaxtı ilə 18:00) Daşkənd hava limanına enib.
Özbəkistan Hava Yolları təyyarəni dəyişdirmək qərarına gəlib.
Yaxın vaxtlarda Rusiya paytaxtına səfər edəcək sərnişinlər üçün yeni təyyarə hazırlanacaq.
Bu barədə aeroportdan aydınlıq gətirilib.
...Xatırladaq ki, mart ayında Saxalin-dən Çinə uçan təyyarə nasazlıq səbəbindən istiqamətini qəfil dəyişməli olmuşdu.
Rusiyanın “Aurora” aviaşirkətinə məxsus təyyarənin uçuşdan 40 dəqiqə sonra Yujno-Saxalinskdə məcburi eniş etdiyi bildirilir. İlkin məlumatlara görə, hadisə təzyiqin azalması səbəbindən baş vermişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB