Finlandiya Rusiya ilə sərhəddə hərbi təlimlərə başlayıb

Vaalimaa keçid məntəqəsinə gedən yol bağlanacaq.
Finlandiya Rusiya ilə sərhəddə hərbi təlimlərə başlayıb

...Finlandiya silahlı qüvvələri Rusiya sərhədi yaxınlığında təlimlər keçirəcək.

SİA TASS-a istinadən xəbər verir ki, tədbirdə 700 əsgər və 300 texnika, o cümlədən aviasiya iştirak edəcək.

Təlimlər iyulun 21-də başlayacaq. Manevrlər səbəbindən avqustun əvvəlinə kimi Vaalimaa keçid məntəqəsinə (Leninqrad vilayətinin Vıborq rayonundakı Torfyanovka) gedən yol bağlanacaq.

Finlandiya ordusu “sərhəd mühafizəçiləri ilə qarşılıqlı əlaqə” və digər strukturlar üzərində işləyəcək.

Finlandiya daha əvvəl 15 hərbi obyektində Amerika qoşunlarının yerləşdirilməsini təsdiqləyib.

Moskva Helsinkinin qərarından təəssüfləndiyini bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə