Zvenigorodda Stalinin büstünü dağıdıblar...

Zvenigorodda Stalinin büstünü dağıdıblar...

Moskva yaxınlığındakı Zveniqorodda naməlum şəxs İosif Stalinin büstünün başını qubaldla vurub aşırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bununla bağlı “Diqqət, Xəbərlər” və “Zveniqorod” teleqram kanallarında xəbər yayımlanıb.

Bundan əlavə, Vladimir Leninin yaxınlıqdakı büstü zədələnib. Moskva vilayətinin polisi bildirib ki, vandalizm faktı ilə bağlı cinayət işi açılıb.

Şübhəli 1981-ci il təvəllüdlü kişi saxlanılaraq öz ərizəsi ilə sərbəst buraxılıb. Onun haqqında başqa heç bir məlumat yoxdur. Onu üç aya qədər həbs gözləyir.

Qeyd edək ki, Stalinin büstü ötən ilin yayında hakimiyyət orqanlarının icazəsi olmadan Zveniqorodda qoyulmuşdu. Yerli fəalların etirazlarına baxmayaraq, şəhər hakimiyyəti heykəli sökməkdən imtina edirdi.

Ötən ilin oktyabrında “Biz izah edə bilərik” layihəsi Rusiyada sovet diktatoruna 100-dən çox abidənin ucaldıldığı barədə məlumat vermişdi. Onların əksəriyyəti Rusiya prezidenti Vladimir Putinin dövründə ucaldılıb və 2014-cü ildə Krımın ilhaqından sonra abidənin tikintisinin sürəti iki dəfə artıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə