...Almaniyada “Netzwerk Recherche” araşdırmaçı jurnalistlər assosiasiyası Putinin tərcümeyi-halını yazan və buna görə Moskvadan yüz minlərlə avro alan Xubert Zaypeli sıralarından xaric edib.
SİA-nın əldə etdiyi məlumata görə, Zaypelin Kremldəki fəaliyyəti məlum olduqdan sonra kitabları satışdan çıxarılıb və filmləri Almaniya televiziya kanallarının kitabxanasından silinib.
Qeyd edək ki, Zaypel bir neçə il tanınmış alman jurnalistlərin daxil olduğu birliyin üzvü idi. O, tədbirlərdə çıxış edib, müzakirə forumlarına rəhbərlik edib.
...Xubert Zaypelin davranışı müstəqil jurnalistikanın əsas qaydalarını pozdu və peşəmizin reputasiyasına böyük zərbə vurdu.
Bunu assosiasiyanın sədri Daniel Drepper ZDF televiziyasına danışarkən bildirib.
ZDF kanalının Frontal proqramının jurnalistləri Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu, Spiegel və “The Washington Post” ilə birlikdə Zaypelin sahibkar Aleksey Mordaşovun ofşor şirkəti vasitəsilə pul almasını üzə çıxarıblar.
KİV-in məlumatına görə, Zaypelə Putin haqqında kitablar üçün ən azı 600 min avro ödənilib. Jurnalist bu barədə nə nəşriyyata, nə də çalışdığı NDR yayım şirkətinə məlumat verməyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB