Leninqrad vilayətinin Volosovski rayonunun Treskovitsı kəndinin sakini bağçasında işləyərkən insan sümükləri aşkar edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə 78.ru yazıb. Qeyd olunur ki, ev sahibləri binadan 39 metr aralıda təxminən 40 sm dərinlikdə skelet aşkar ediblər. Polisə zəng etdilər. Müstəntiqlər sümük qalıqlarında hər hansı zədə aşkar etməyib və ekspertizaya göndəriblər.
Ölənin 30 ildən çox əvvəl öldürüldüyü (?) müəyyən edilib. Meyitin şəxsiyyəti və ölüm şəraiti müəyyənləşdirilir.
O da məlum olub ki, meyit tapılan ərazi hasara alınmayıb və 50 ildən artıq bir ailəyə məxsus olaraq miras qalıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB