Trampın qulaq yarasını tikməyə ehtiyac yoxdur...

Trampın qulaq yarasını tikməyə ehtiyac yoxdur...

...Ağ Evin keçmiş həkimi Ronni Cekson ABŞ prezidentliyinə namizəd Donald Trampın yaralanmasının təfərrüatlarını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, “The Washington Post” yazır ki, o, sənəddə yeni detalları açıqlayıb.

...Tramp “qulağının qığırdaqlı səthindən keçən” güllədən iki santimetr enində yara alıb.

Bunu deyən Cekson həmçinin bildirib ki, Trampın yarasını tikməyə ehtiyac yoxdur. Bununla belə, qanaxma hələ də bu günə qədər dövri olaraq baş verir, sarğı tələb edir. Bu, qulaqda çoxlu qan damarlarının olması ilə əlaqədardır.

Zədədən sonra qulaq şişmişdi, amma indi yara artıq düzgün sağalmağa başlayıb. Tramp daha sonra hərtərəfli eşitmə testi də daxil olmaqla əlavə test tələb edə bilər.

...Və Trampa sui-qəsd cəhdi iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən mitinq zamanı baş verib. Şübhəli şəxs siyasətçinin çıxış etdiyi kürsüyə doğru bir neçə dəfə atəş açıb.

Tədbirdən olan görüntülərdə Trampın aşağı əyilərək qulağını sıxdığı görünür. Eyni zamanda cangüdənlər və təhlükəsizlik işçiləri ona tərəf qaçdılar. Siyasətçini mühasirəyə alaraq onu tribunadan uzaqlaşdırıblar.

Daha sonra internetdə Trampa sui-qəsd anının kompüter vizualizasiyası peyda olub. Qrafikdən istifadə edərək, siyasətçini yaralayan güllənin uçuşu simulyasiya edilib. Bu 3D rekonstruksiya aydın şəkildə göstərir ki, Tramp güllədən bir saniyə əvvəl başını çevirməsəydi, çətin ki, sağ qala bilərdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə