SİA bir müddət bundan əvvəl türk mənbələrinə istinadən qədim uyğur dili haqqında yazmışdı. Bu dəfə isə ''Türk dilinin sehirli dünyası'' proqramında yeni uyğur dili haqqında danışacağıq.
Yeni uyğur dili...

Yeni uyğur dili qәdim uyğur türkçәsinin mәruz qaldığı müxtәlif dәyişikliklәr nәticәsindә formalaşıb. Yeni uyğur dili bu gün türkoloqların və dilçilərin danışdıqları türk ləhcələri arasında qәdim türkçәyә әn yaxın dil hesab edilir. Bu nöqteyi-nәzәrdәn uyğur dili Çavuş-türkçәsi istisna olmaqla bu günkü türk lәhçәlәri üçün ana dil xarakteri daşıyır.

Proqramımızın әvvәlki hissәsindә dә qeyd etdiyimiz kimi, günümüzdә danışılan türk ləhcələrinin tarixi baxımından böyük әhәmiyyәt kәsb edәn uyğur dilindә bu gün əsasən Şərqi Türküstanda danışılır. Yeri gәlmişkәn qeyd etmәliyik ki, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Əfqanıstan, Pakistan, Hindistan, Türkiyə və Səudiyyə Ərəbistanında da uyğur dilindә danışan әhali yaşayır.

Məlum olduğu kimi, 20-ci əsrin əvvəllərinə qədər Türküstandakı türk boyları ortaq yazı dili kimi Çağatay türkcəsindən istifadə edirdilər. Bu dövrdən etibarәn Sovet İttifaqının dil siyasəti nəticəsində dialektlərin yazı dilinә çevrilmәsi ilә uyğur türkləri bugünkü Ürümçi ləhcəsinə əsaslanan Mərkəzi dialekt qrupu əsasında ədəbi dil yaratmışlar. Yeni uyğur dili ərəb, fars, çin və rus dillərinin təsirinә mәruz qalsa da, təhsil 1930-cu ildәn sonra Mərkəzi dialekt qrupu əsasında verilib. Günümüzdә Çinin dil siyasәti vә sosial faktorlar sәbәbindәb uyğur dilindәn istifadә azalsa da, uyğur türkcəsinin danışıldığı digər bölgələrdə öz mövcudluğunu davam etdirir. Bu sәbәbdәn uyğur türklәrinin öz ana dillәrindә təhsil alma imkanları məhduddur. Buna baxmayaraq, sözügedən dilin funksionallığı mədəni tədbirlərdə, ənənəvi mərasimlərdə yazı işlərində, eləcə də təhsil və mediada yaşadılır. Uyğur dilinin geniş funksionallığa malik olması, gənc nəsillər tərəfindən öyrənilməsi və gələcəkdə yaşadılması təkcə uyğur türkləri üçün deyil, türk ləhcələrinin tarixi üçün də son dərəcə əhəmiyyətlidir.

''Türk dilinin sehirli dünyası'' proqramının bu günkü hissәsindә yeni uyğur dili haqqında danışdıq.

Bütün xəbərlər Facebook səhifəmizdə