Şimali Koreya yenidən Cənubi Koreyaya “zibil balonları” ilə hücum edib

...Şimali Koreya növbəti dəfə zibil torbaları daşıyan pilotsuz uçuş aparatlarını Cənubi Koreyaya göndərib. Bu, Şimali Koreyanın bir neçə ay əvvəl tətbiq etməyə başladığı yeni taktikadır. O vaxtdan bəri, beynəlxalq medianın yazdığına görə, Şimali Koreyadan Cənubi Koreya ərazisinə bir neçə min pilotsuz təyyarə və hava şarları endi. Əvvəlcə hava şarlarında təbliğat vərəqələri olduğu bildirilsə də, sonradan Cənubi Koreya mediası bildirib ki, balonlarda nəcis və digər tullantılar da daxil olmaqla zibil torbaları olub.

SİA xatırladır ki, Şimali Koreya hələ may ayında Cənubi Koreyaya zibil torbaları olan kütləvi şarlar göndərməyə başlayıb. Cənubi Koreya hakimiyyəti sərhədyanı rayonların sakinlərini diqqətli olmalarını “xahiş edir”.

Öz növbəsində Cənubi Koreya səsgücləndiricilər vasitəsilə Şimali Koreya sərhəd bölgələrinə yayımı bərpa edib. Şimali Koreya ilə sərhədyanı ərazilərin sakinləri Şimali Koreyanın təbliğat mediasına zidd xəbərlər və digər verilişlər eşidə bilərlər.

Seul bildirib ki, bu addım məhz Pxenyandan gələn “zibil hücumlarına” cavabdır.

...Pxenyan bəyan edib ki, onun “zibil hücumları” Cənubi Koreyanın əvvəlki hərəkətlərinə cavabdır.

Seul da Şimali Koreyaya Kim Çen In rejiminə qarşı mübarizə aparmaq üçün vərəqələr, dollar əskinasları, Cənubi Koreya filmləri və pop musiqisi yazılmış flaş disklər yüklənmiş şarlar göndərib.

Xatırladım ki, Cənubi Koreya filmləri və pop musiqisi olan fleş disklər Şimali Koreyada qadağandır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə