Rusiya Boks Federasiyasının məlumatına görə, Belqorod vilayətinin Şebekino şəhərinin on altı yaşlı boksçusu şəhərin atəşə tutulması nəticəsində ölüb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, drondan oyun meydançasına partlayıcı atıldıqdan sonra İdman Akademiyasının tələbəsi də daxil olmaqla 8 uşaq yaralanıb.
O, reanimasiyaya düşüb və həkimlər bir neçə gün onun həyatı üçün mübarizə aparıblar. Gənc əməliyyat olunsa da, lakin onu xilas edə bilməyiblər.
Ölən gənc idmançı Belqorod vilayətinin boks çempionatının mükafatçısı olub.
Qeyd edək ki, Şebekino - Rusiya Federasiyasının Belqorod vilayətində, Ukrayna ilə sərhədə yaxın şəhərdir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə