Yəməndə güclü partlayışlar: media İsrailin zərbəsi haqqında yazır

...Şənbə günü, iyulun 20-də Yəmənin Husilərin nəzarətində olan liman şəhəri Hudeydada silsilə güclü partlayışlar və ardınca iri yanğınlar baş verib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Vesty.co.il saytının məlumatına görə, bu barədə ərəb mediası məlumat yayıb.

Livanın “Hizbullah”a bağlı “Əl-Məyadin” telekanalı Hudeydəyə hücumu İsrail Müdafiə Qüvvələri ilə əlaqələndirir və hücumun ABŞ istehsalı olan “F-35” çoxməqsədli döyüş təyyarələri tərəfindən həyata keçirildiyini iddia edir.

Nəşrin dərc edildiyi vaxt İsrail Müdafiə Qüvvələri Yəməndəki basqına görə məsuliyyəti üzərinə götürməmişdi.

Qeyd edək ki, İsrail F-35 ilə xidmət edən yeganə ölkə deyil. Zərbədən əvvəl yanacaq dolduran təyyarənin fotosu ərəb sosial mediasında yayılıb. Yəmən mediası təyyarənin yer-hava raketləri ilə vurulduğunu bildirib. Zərbələr neft emalı zavodları, elektrik stansiyası və digər nöqtələrə vurulub.

Səudiyyə Ərəbistanının Əl-Hədat telekanalı ən azı 10 hücum olduğunu iddia edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə