ABŞ nüvə arsenalı ilə bağlı məlumatların məxfiliyini ləğv edib

2023-cü ilin sentyabrında ABŞ-ın nüvə arsenalında 3748 döyüş başlığı var idi. Ölkənin Milli Nüvə Təhlükəsizliyi Agentliyi (NNSA) bu məlumatı şənbə günü, iyulun 20-də öz rəsmi saytında dərc edib.

SİA-nın əldə etdiyi məlumata görə, Deutsche Welle qeyd edir ki, departament sonuncu dəfə belə məlumatı 2021-ci ilin oktyabrında dərc edib.

...”ABŞ-ın Nüvə Silahları Ehtiyatında Şəffaflıq” adlı sənəddə ABŞ-ın nüvə silahlarının sayını azaltmağa davam etdiyi bildirilir. Belə ki, 1994-2023-cü illər arasında ABŞ 12088 nüvə başlığını sıradan çıxarıb. Daha 2000-ə yaxını hazırda “xidmətdən çıxarılıb və sökülməsini gözləyir”.

Ümumilikdə, agentlik iddia edir ki, Amerikanın nüvə ehtiyatları 1967-ci ildən bəri 88 faiz azalıb. Bundan əlavə, 1991-ci il sentyabrın 30-dan etibarən qeyri-strateji nüvə silahlarının sayı 90 faizdən çox azaldılıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə