Türkiyə Şimali Kiprdə 50 gəmi ilə parad keçirəcək

İyulun 20-də Kipr Sülh Əməliyyatının 50-ci ildönümü münasibətilə keçiriləcək yubiley tədbirlərində Türkiyə Hərbi Dəniz Donanmasına aid 50 gəminin paradı olacaq. SİA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MMN) açıqlama yayıb.

Nazirlik Türkiyənin ilk amfibiya tipli gəmisi “TCG Anadolu”nun da daxil olduğu 50 gəmidən ibarət donanmanın Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) paradda iştirak edəcəyini bildirib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Əməliyyatının 50-ci ildönümü ilə bağlı keçiriləcək tədbirlərdə iştirak məqsədilə Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcək. Səfər zamanı Prezident Rəcəb Tayyib Ərdoğanı Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və kabinet üzvləri, eləcə də siyasi partiyaların rəhbərləri, nümayəndələri və çoxlu sayda deputat müşayiət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə