8 Noyabr prospektində istismar müddətini bitirmiş boruların yenisi ilə əvəzlənməsi istiqamətində tədbirlər planı həyata keçirilir. Bu barədə SİA-ya İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. "Yeni çəkilən xətt iyulun 20-də mövcud şəbəkə xəttinə qoşulacaq və bununla bağlı İki nöqtədə birləşmə işləri görüləcək. Birləşmə işləri səhər saat 08:00 da başlanacaq, 17:00 da başa çatacaq. Bu müddətdə Corat, Mirzə Davud və Xəzər küçələrində, 8 noyabr prospektinin bir hissəsində əhaliyə və qeyri-əhaliyə suyun verilməsində fasilə yaranacaq. Təmir-bərpa, köhnə xəttlərin yenilənməsi, əhalinin su təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər intensiv şəkildə davam etdirilir və hər mərhələ üzrə qısa müddətdə başa çatdırılır” , - məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə