Emin Xəzər dənizi ilə bağlı iddialara cavab verdi

Xalq artisti Emin Ağalarov sahib olduğu istirahət mərkəzi ilə bağlı yayılan iddialara növbəti dəfə aydınlıq gətirib. SİA xəbər verir ki, Ağalarov çimərliyə hansısa borudan tullantı suyunun axıdılması iddialarını təkzib edib.

O, sübut olaraq həmin borudan axan suyun təmiz, amma qumlu olduğunu göstərib və özü Xəzərdən vurulan həmin suyun altına girib.

Emin Ağalarov bildirib ki, bu prosesin edilməsində məqsəd qayıqların və kiçik həcmli gəmilərin sahilə gələ bilməsi üçündür.

Bütün xəbərlər Facebook səhifəmizdə