Banqladeşdəki etirazlarda ölənlərin sayı artdı

Banqladeşdə davam edən etirazlarda ölənlərin sayı 75-ə çatıb. SİA xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Qeyri-rəsmi mənbələr 100 nəfərin öldüyünü bildirir. Yaralıların sayı artıq bir neçə minə çatıb.

Qeyd edək ki, əhali 1971-ci ildə Banqladeşdə azadlıq müharibəsində döyüşmüş veteranların ailə üzvləri üçün işə qəbul prosesində dövlət qurumlarında 30%-lik kvotanın saxlanılmasını tələb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə