ABŞ yaxın həftələrdə bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edə bilər

ABŞ yaxın həftələrdə Rusiya ilə ticarət əlaqələrinə görə Çinə qarşı yeni sanksiyalar tətbiq edə bilər. SİA xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib. "Hazırda heç bir açıqlamam yoxdur, amma düşünürəm ki, bu vəziyyətin yaxın həftələrdə inkişaf edəcəyini müşahidə etdikcə Çinə qarşı əlavə sanksiya tədbirləri gözləyə bilərsiniz", - deyə o qeyd edib.

C.Sallivan deyib ki, Vaşinqton “Rusiya hərbi-sənaye kompleksi ilə əməliyyatlara” görə Çin və digər ölkələrdəki banklara sanksiya təzyiqini davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə