Rusiyada casusluqda təqsirli bilinərək mühakimə olunan "Wall Street Journal" qəzetinin jurnalisti Evan Gerşkoviçin geri qaytarılması ABŞ hökuməti üçün prioritet məsələdir. SİA xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib. O, söz verib ki, Birləşmiş Ştatlar jurnalistin azadlığa buraxılması üçün səylərini davam etdirəcək. İyulun 19-da Sverdlovsk Vilayət Məhkəməsi amerikalı jurnalisti casusluqla bağlı cinayət işi üzrə 16 il müddətinə azadlıqdan məhrum edib.

Bütün xəbərlər Facebook səhifəmizdə