Nümayəndə heyətləri Orta Dəhlizin inkişaf perspektivlərini müzakirə ediblər

Tbilisidə səfərdə olan “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının baş direktorunun müavini Sun Suyudenin başçılıq etdiyi nümayəndə heyəti “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin baş direktoru David Peradze ilə görüşüb. SİA xəbər verir ki, görüşdə “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının Gürcüstan, Azərbaycan və Qazaxıstanla birgə işləmək istəyi, Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yolları arasında Orta Dəhlizin inkişafı üzrə yaradılmış "Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmaq niyyəti diqqət mərkəzində olub.

Çin tərəfi bəyan edib ki, onların məqsədi Orta Dəhliz üzrə Çindən konteyner daşımalarının səmərəli əlaqələndirilməsi, tariflərin şəffaflığı və sabit sistemin yaradılmasıdır.

“Gürcüstan Dəmir Yolu” SC-nin baş direktoru David Peradze Çinin Orta Dəhlizin inkişafı üzrə yaradılan birgə müəssisəyə qoşulmaq istəyini dəstəkləyib.

Bildirilib ki, birgə əməkdaşlıq Orta Dəhliz üzrə yükdaşınmaların həcminin artırılmsında, şəffaflığın təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə