Zelenski Kir Starmerə çağırış edib

Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın Baş naziri Kir Starmerdən Qərb tərəfindən Ukraynaya göndərilən silahların Rusiya daxilində istifadəsi ilə bağlı qoyulan məhdudiyyətləri aradan qaldırmağa kömək etməyə çağırıb. SİA xəbər verir ki, bu barədə Zelenski Londonda Nazirlər Kabinetinin iclasında deyib.

"Bizə bu addım lazımdır. Bu, Rusiyanı sülh axtarmağa məcbur edəcək",- deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, iyun ayında Ukraynaya Rusiya daxilindəki hədəfləri vurmaq üçün Qərb silahlarından istifadə etmək icazəsi verilib. Bununla belə, icazə uzaqmənzilli silahlara şamil edilmir. Bu o deməkdir ki, Ukrayna sərhədi yaxınlığındakı hədəfləri vurmaqla məhdudlaşır.

Zelenski görüş zamanı Ukrayna və Böyük Britaniya müdafiə şirkətlərinə gələcək hərbi imkanlara sərmayə qoymağa kömək etmək məqsədi daşıyan müdafiə ixracına dəstək müqaviləsi də imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə