Olimpiada başlamazdan əvvəl Parisdən evsizlər və miqrantlar qovulur...

Fransa hakimiyyəti miqrantlara və evsizlərə qarşı zorakılıqlara görə ictimaiyyət tərəfindən tənqid edilib. “Inside The Games”-ə görə, Parisdə "sosial təmizləmə" Olimpiya Oyunları ərəfəsində bu həftə daha da güclənib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, iyulun 16 və 17-də polis əksəriyyəti miqrant olan evsizlər üçün bir neçə düşərgəni dağıdıb.

“Küçələrin təmizlənməsi” nəticəsində 400-dən çox insan paytaxtın mərkəzi ərazilərini tərk etmək məcburiyyətində qalıb.

Düşərgələrin yerində insanların əvvəllər işğal olunmuş yerlərinə qayıtmasının qarşısını almaq üçün hakimiyyət orqanları çoxlu beton bloklar quraşdırıblar.

Hakimiyyət evdən çıxarılanlara seçim imkanı verib: ya onları Parisin kənarındakı sığınacağa aparacaqlar, ya da onlara avtobusla paytaxtdan beş saatlıq məsafədə yerləşən Besanson şəhərinə getmək imkanı veriləcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə