Lukaşenko zibil təmizləməyə "oturan parazit"ləri də cəlb elətdirir..?

...Məhbuslar, o cümlədən siyasi məhbuslar da dağıntıların qasırğadan təmizlənməsinə cəlb edilməlidir. Belarus prezidenti Aleksandr Lukaşenko, ilk növbədə, “bu parazitlərin” tufandan düşən ağacları təmizləmək üçün göndərilməsini tələb edib.

...Xatırladaq ki ötən həftə sonu Belarus ərazisindən tufan keçib. Şənbə günü ağacların aşması səbəbindən 900 yaşayış məntəqəsinin elektrik təchizatı dayandırılıb, sonradan onların sayı təxminən 2 minə çatıb. Ağacların və dam örtüyünün aşması nəticəsində 6 nəfər həlak olub, 72 nəfər xəsarət alıb, 5 nəfərin vəziyyəti ağırdır.

Ölən və yaralananlar arasında uşaqlar da var.

Minskdə keçirilən görüşdə Lukaşenko əhalinin fəlakətin nəticələri ilə mübarizəyə səfərbər olunmasını tələb edib. ...Vətəndaşların da iştirak etməsi lazımdır. Eyni zamanda, Belarus lideri xatırladıb ki, respublikada 20 mindən çox məhbus və qondarma siyasi məhbus var - qoy onlar da təmizlik işlərinə cəlb edilsinlər, ölkəyə kömək etsinlər.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bunu Lukaşenkoya istinadən BELTA xəbər verir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə