Makron sağ mərkəzçi ilə hakimiyyəti bölüşməyə razıdır

Fransanın hazırkı prezidenti Emmanuel Makronun koalisiyası ölkənin Milli Assambleyasında hakimiyyəti bölüşmək üçün sağ mərkəzçi ilə razılaşıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bloomberg yazıb.

Qeyd olunur ki, bu yolla radikal partiyaların mərkəzləşmiş koalisiya hökumətindən çıxarılması planlaşdırılır.

Bu arada millət vəkili Violetta Spilebu bildirib ki, bu qərar Makron tərəfdarı Yael Braun-Pivanın yenidən Milli Assambleyanın rəhbəri seçilməsinə imkan verəcək.

Xatırladaq ki, iyulun 7-də Fransada parlament seçkilərinin ikinci turu keçirilib. Nəticədə, aparıcı Yeni Xalq Cəbhəsinin rəhbəri Jan-Lyuk Melenşon hökumət qurmağa hazır olduğunu bəyan edib.

...Qabriel Attal istefa qərarını açıqlayıb, lakin Fransa prezidenti ondan “ölkənin sabitliyini təmin etmək üçün” vəzifəsində qalmasını istəyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə