Kreml Trampın "ondan qorxurlar"la bağlı sözlərinə cavab verib

...ABŞ prezidentliyinə namizəd Donald Trampın Rusiyanın ondan qorxduğu iddia edilən sözləri seçki ritorikasıdır.

SİA TASS-a istinadən xəbər verir ki, Kreml rəsmisi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən amerikalı siyasətçinin sülhlə bağlı sözlərini şərh edib.

Xatırladaq ki, Tramp daha əvvəl iddia edirdi ki, onun prezidentliyi dövründə Rusiya və Çin də daxil olmaqla, digər ölkələr guya ondan “qorxduqları” üçün “hər yerdə sülh hökm sürüb”.

Peskov Trampın sözlərini seçkilər öncəsi Amerikanın yerli auditoriyasına hesablandığını bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə