Essentukidə terror aktının qarşısını alınıb...

Federal Təhlükəsizlik Xidməti Essentuki avtovağzalında Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatının üzvünün hazırladığı terror aktının qarşısını alıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən xəbər verir.

İdarənin məlumatına görə, Mərkəzi Asiya ölkələrindən birində yaşayan şəxs terror təşkilatına beyət edib.

RİA Novosti-nin məlumatına görə, söhbət “İslam Dövləti”ndən (İD, Rusiyada terrorçu kimi tanınan və qadağan olunmuş təşkilat) gedir.

Həmin şəxs əldəqayırma partlayıcı qurğudan istifadə etməklə nəqliyyat infrastrukturu obyektinə hücum etməyi, sonra isə Suriyaya getməyi planlaşdırırmış.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə