Minskdə bir Almaniya vətəndaşı “terror aktı”, muzdlu və gizli fəaliyyət də daxil olmaqla bir neçə maddə üzrə ölüm cəzasına məhkum edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə cümə günü, “Belarus Guyun” monitorinq layihəsi bildirib.
Onun sözlərinə görə, Rik Kriqerə iyunun sonunda hökm oxunub.
Hazırda hökmdən apellyasiya şikayəti, protest verilib-verilməməsi və onun artıq qanuni qüvvəyə minib-bilmədiyi məlum deyil.
Belarusun "Viasna" insan haqları mərkəzi cümə günü bildirib ki, təşkilat Almaniya vətəndaşının, o cümlədən terrorizm ittihamı ilə edam cəzası verilməsi barədə məlumatın təsdiqini alıb. Hüquq müdafiəçiləri Kriqerin işinin Kalinovski alayına, daha doğrusu onun struktur bölməsinə - xarici mexanikləşdirilmiş batalyon "Zapadnıya" aid olduğunu müəyyən etdilər.
Qeyd edək ki, Kastus Kalinovski alayı Ukrayna tərəfində döyüşən Belarus vətəndaşlarından ibarət hərbi birləşmədir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB