Rusiyada hakimiyyətdən narazılıqlar artır...

Artıq əsas səbəblər də adlanır...

Rusiyanın Ukraynaya qarşı müharibəsi Rusiya ərazisində qıcıq faktoruna çevrilir. Səbəblərdən biri Kremlin hərbi əməliyyatlar haqqında reallığa uyğun olmayan məlumatlar yaymasıdır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirir.

...Baş Kəşfiyyat İdarəsi bildirib ki, rus təbliğatçıları tərəfindən yayılan müharibə ilə bağlı məlumatlar getdikcə Rusiya cəmiyyətində “işğalın əvvəlində olduğu kimi ləzzət və yüksəlişdən daha çox yorğunluq və narazılığa” səbəb olur.

...Belə dəyişikliklərin səbəblərindən biri rejimin yaydığı məlumatlarla real vəziyyət arasındakı uyğunsuzluqdur. İtkilərin səviyyəsini gizlətmək getdikcə çətinləşir və döyüş əməliyyatlarının aparılması üçün resurslar tükənir, bunu xüsusilə Moskvanın öz tarixində rekord vergi artımına fəal hazırlığı sübut edir.

Bunu da Baş Kəşfiyyat İdarəsi qeyd edib.

...Kəşfiyyat rəsmiləri bildiriblər ki, Kremldə müşahidə edilən ictimai əhval-ruhiyyənin məyusedici dinamikası Rusiya hərbi-siyasi rəhbərliyini əhalini “kəmər sıxmağa” hazırlamağa və reaksiya verməyə məcbur edir.

Xüsusilə, hazıkı hakimiyyətin regional nümayəndələri artıq diqqəti əsəbi hərbi məsələlərdən sosial problemlərin həllinə yönəltməyə çalışırlar. Departament qeyd edib ki, Rusiyanın regional hakimiyyət orqanları Ukraynaya qarşı müharibə iştirakçılarına və onların ailələrinə dəstək üçün tədbirlər təşkil etməyə çalışır, vətəndaşların qəbulunda iştirak edir, xeyriyyəçiliyə dəstək, maaşların artırılması və veteranların müdafiəsi üçün xüsusi qanun layihələri hazırlayır və müzakirə edir.

...Həmçinin, Rusiya Federasiyasının regional hakimiyyət orqanları Ukraynadakı döyüşlər səbəbindən sayı durmadan artırılan əlil insanlara dəstək kimi görünür. Xüsusilə, Rusiya hakimiyyəti belə insanlar üçün daxili turizmi inkişaf etdirmək istəyir.

Kəşfiyyat qeyd edib ki, Rusiya parklarında əlillər üçün yerlərin minimum sayı indi 15 faiz təşkil edir. Bundan əlavə, Ukraynaya qarşı müharibə iştirakçılarına 15 min rubl dəyərində vauçerlər verilir ki, bu vauçerlərdən il boyu mədəniyyət müəssisələrinə bilet almaq olar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə