Harris Baydenin yerinə ən real namizəd hesab olunur

ABŞ prezidenti yenidən seçilmək uğrunda mübarizəni dayandırmaq çağırışlarını getdikcə daha çox ciddi qəbul edir
Harris Baydenin yerinə ən real namizəd hesab olunur

...ABŞ prezidenti Cozef Bayden yenidən seçilmək uğrunda mübarizəni dayandırmaq çağırışlarını getdikcə daha çox qəbul edir..?

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Reuters bunu mənbəyə istinadən xəbər verib.

“The New York Times”ın dövlət başçısına yaxın həmsöhbətlərinin sözlərinə görə, o, noyabrda keçiriləcək seçkidə qalib gələ bilməyəcəyini və narahat demokratların tələblərinə tabe olaraq, yarışdan geri çəkilməli ola biləcəyini etiraf edir.

“The New York Times” mənbələrindən biri Baydenin tezliklə açıqlama verəcəyi və vitse-prezident Kamala Harrisi onun əvəzləyicisi kimi təqdim edəcəyi təqdirdə elə də bir sürpriz olmayacağını deyib.

ABC News yüksək səviyyəli administrasiya rəsmisinə istinadən xəbər verir ki, dövlət başçısı Harrisin yarışa girəcəyi təqdirdə amerikalıların onun perspektivləri haqqında nə düşündüyünü öyrənmək üçün ictimai rəy sorğusu keçirməyi xahiş edib.

Newsweek, Polymarket və PredictIt bukmeker agentliklərinə istinadən xəbər verir ki, Harris Baydenin yerinə ən real namizəd hesab olunur. Onlar onun namizəd olma ehtimalını 45 faiz, Baydenin isə 40 faiz qiymətləndiriblər. Economist/YouGov sorğusuna əsasən, ABŞ Demokratlarının təxminən 80 faizi Harrisin onun yerinə namizəd olmasını bəyənəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə