İndi də... miqrantlardan Yer də, göy də bezardır..?

Hollandiyanın baş naziri ölkəyə miqrant axınını azaltmağa çağırıb
İndi də... miqrantlardan Yer də, göy də bezardır..?

...Hollandiyanın baş naziri Dik Şof bildirib ki, Avropa Siyasi Birliyinin sammiti zamanı miqrasiyaya nəzarətin gücləndirilməsi məsələsini qaldırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, X sosial şəbəkəsində yazıb.

Şofun fikrincə, Avropa İttifaqının xarici sərhədlərinin möhkəmləndirilməsi miqrant axınının azalmasına səbəb olmalıdır.

O, həmçinin əlavə edib ki, müzakirələr zamanı sammit iştirakçıları qeyri-qanuni miqrasiya probleminin həllində beynəlxalq əməkdaşlığın vacibliyini etiraf ediblər.

...Mən avropalı həmkarlarımla miqrasiyaya nəzarəti necə gücləndirməli olduğumuz barədə danışdım. Biz Avropa İttifaqının xarici sərhədlərini gücləndirməklə və rədd edilmiş sığınacaq axtaranların geri qayıtma prosesini təkmilləşdirməklə bu axını azalda bilərik.

Baş nazir belə yazıb.

Yeri gəlmişkən, bundan əvvəl London yaxınlığında Avropa Siyasi Birliyinin sammiti başlayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə