"Hərbi əməliyyatları “bir saniyəyə” Livana köçürməyə hazırıq..."

Bunu İsrailin müdafiə naziri Yoav Qalant bildirib
"Hərbi əməliyyatları “bir saniyəyə” Livana köçürməyə hazırıq..."

...Bu arada İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, ölkənin Müdafiə Qüvvələri cənubdan şimala yenidən toplanmağa və Livandakı “Hizbullah” mövqelərinə zərbələr endirməyə “bir saniyəyə” hazırdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun sözlərini “The Times of Israel” nəşri sitat gətirir.

...Biz şimalda məhdud müharibə aparırıq. Biz müdafiə qüvvələrinin kiçik bir hissəsindən istifadə edirik, lakin cənubdakı böyük hücumdan şimaldakı böyük hücuma qədər hər şey bir saniyədə dəyişə bilər. Və bu, tez, gözlənilməz və çox kəskin olacaq, bu da “Hizbullah”ın hərəkətləri nəticəsində baş verə bilər.

Qeyd etdiyimiz kimi, bunu İsrailin hərbi lideri bildirib.

...Qalan həmçinin xatırladıb ki, İsrail iki dövlət arasında genişmiqyaslı müharibənin qarşısını almaq üçün Livan tərəfi ilə diplomatik danışıqlara hazırdır.

Nazirin sözlərinə görə, Livan BMT-nin sərhəd qətnaməsinin prinsiplərinə əməl etməlidir.

...Xatırladaq ki, radikal “Hizbullah” hərəkatı 2023-cü ildən İsrailin şimal bölgələrini atəşə tutur. Bu yolla yaraqlılar İsrailin Müdafiə Qüvvələrinin diqqətini yayındırmağa və yəhudi dövlətinin cənubunda İsrail ordusu ilə müharibə aparan “HƏMAS”-a dəstək verməyə çalışırlar..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə