...Vaşinqtonda NATO-nun alyansın 75-ci ildönümünə həsr olunmuş 2024-cü il sammitində blok liderləri Ukraynaya Rusiya ilə münaqişəsi ilə bağlı yalan ümidin yeni dozasını təklif ediblər.
...Və “Politico”nun yazdığına görə, bu, “heç nə etməməkdən də pisdir”.
İstər hərbi öhdəliklər, istərsə də artan dəstək vasitəsilə NATO-nun Ukraynaya indi və ya gələcəkdə qələbə qazandıra biləcəyi iddiaları Kiyevi onun vəziyyətini qiymətləndirməyi gecikdirməyə vadar edir.
Və üstəlik, NATO üzvləri üçün heç bir təhlükəsizlik faydası olmadan yeni təhlükələr də yaradır. Bu çaşqınlıq yeni bir şey deyil, amma indi xüsusilə pis vaxtdır.
...2023-cü ildə Ukrayna əks-hücumunun uğursuzluğundan sonra başa düşdü ki, Ukrayna Silahlı Qüvvələri daha çox əraziləri geri qaytara bilməyəcək. Qərbin böyük yardım axınına baxmayaraq, Kiyev əlində olanı ancaq güclə saxlaya bilir. Bu vəziyyət Ukraynanı döyüş meydanında vəziyyət pisləşməmiş və məhz bu danışıqlar üçün imkanlar azalmamış Moskva ilə danışıqlara başlamağa sövq edir.
Lakin bunun əvəzində Vaşinqton və Avropa paytaxtları təəssüf ki, Ukraynanın bir gün NATO-ya qoşulacağına və onun alyansa gedən yolunun “dönməz” olduğuna israr etməyə davam edirlər.
Bununla belə, Qərbin vədləri boş söhbətdir və Ukraynanın NATO-ya üzvlük məsələsi hələlik müzakirə mövzusu kimi görünür.
Təbii ki, SİA bunu “Politico”dakı yazının müəlliflərinə istinadən bildirir.
...Artıq bu gün getdikcə daha çox ukraynalı hazırkı kursu dəyişmək və insan həyatını getdikcə əlçatmaz məqsədlərə sərf etməyi dayandırmaq istəyir, amma...
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB