Litva kasetli sursatlar haqqında Konvensiyadan çıxmaq qərarına gəlib

Litva kasetli sursatlar haqqında Konvensiyadan çıxmaq qərarına gəlib

...Litva Seymi (parlamenti) Prezident Gitanas Nausedanın Kassetli Silahlara dair Konvensiyanın denonsasiyası haqqında fərmanını dəstəkləyib.

SİA-nın əldə etdiyi məlumata görə, plenar iclasda bunun lehinə 103 deputat səs verib, 1 nəfər əleyhinə, 3 nəfər bitərəf qalıb.

Litva siyasətçilərinin son vaxtlar dəfələrlə qeyd etdiyi kimi, ordu öz müdafiə qabiliyyətini gücləndirmək üçün bütün vasitələrlə təmin edilməlidir və Rusiya ilə həmsərhəd dövlətlərdən yalnız Litva və Norveç konvensiyanın üzvüdür.

2011-ci ildə Vilnüs 2008-ci ildə qəbul edilmiş konvensiyaya qoşulub. Litvanın Müdafiə Nazirliyi kaset sursatlarını effektiv döyüş vasitəsi hesab edir və hesab edir ki, respublika ordusu bundan istifadə etməlidir, çünki potensial düşmən bunu mütləq edəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə